
Martın 2-də Litva Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Litvanın Müstəqillik Gününün bərpasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə “MARATHON Group“un nəzdində fəaliyyət göstərən “Marmara Group” şirkətinin rəhbəri Fərid Həsənzadə iştirak edib. Fərid Həsənzadə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikasa və səfirliyin birinci katibi-konsul cənab Andrejus Gajosinskasa dəvət üçün təşəkkür bildirib.
Cənab Egidijus Navikasa ilə görüş zamanı şirkətimizin rəhbəri Fərid Həsənzadə qeyd etdi ki, iki ölkə arasındakı əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasının əsas istiqamətlərindən biri də təhsil, ölkə universitetləri arasında tələbə mübadiləsi, tələbələrimizin Litva universitetlərində təhsil imkanlarının yaxşılaşdırılması üçün universitetlərlə sıx əlaqələrin olmasıdır.
Bundan əlavə Fərid bəy bildirdi ki, xaricdə təhsil şirkəti kimi “Marmara Group”un Litvada təhsil, universitetlər, tələbə həyatı, qısası, xaricdə təhsil kimi Litva tədris müəssisələrinə yönəlik layihələrimizin olmasına baxmayaraq, bu məsələlərə daha sistemli, daha planlı yanaşmaq lazımdır. Səfir də öz növbəsində Litvada təhsil yönümlü fəaliyyətlərimizdən dolayı Fərid bəyə təşəkkür etmiş və bu istiqamətdə dəstəklərinin veriləcəyini qeyd etmişdir.




