
22 iyun 2023-cü il tarixində Polşanın ilk özəl universiteti kimi tanınan Vistula Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin səlahiyyətli nümayəndəsi Anar İbrahimli qonağımız oldu.
Görüşün məqsədi iki qurum arasında mümkün əməkdaşlığın təməlinin qoyulması idi. Uğurlu keçən danışıqların fonunda “Marmara Group” şirkətinə Vistula Universiteti tərəfindən Azərbaycan üzrə rəsmi partnyor (“Bronze Partner”) statusu verildi. Bu əməkdaşlıq xaricdə təhsil almaq istəyən və bizə müraciət edən tələbələrə xüsusi güzəşt və imtiyazları da özündə ehtiva edəcəkdir.
Qeyd edək ki, Vistula universitetlər qrupunun tərkibində 4 universitet fəaliyyət göstərir.
– Vustula University
– Wroclaw University of Applied Sciences
– Vistula School of Hospitality
– Olsztyn University
Siz də sadəcə attestatla və imtahansız xaricdə, ən prestijli universitetlərdə təhsil almaq istəyirsinizsə, şirkətlərimizə müraciət edə bilərsiniz.


