1.1. Şöbə “MARATHON Group“un müstəqil struktur bölməsidir və onun struktur bölmələrinin və tabeliyində olan qurumların funksional fəaliyyəti və həmin struktur bölmələrin və tabeliyində olan qurumların əməkdaşlarının xidməti fəaliyyəti üzrə daxili nəzarət tədbirlərini həyata keçirir.
1.2. Şöbə öz fəaliyyətində rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən şirkətin struktur bölmələri və tabeliyində olan qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2.1. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir;
2.2. Şirkətdə daxili nəzarət tədbirlərini təşkil edir və həyata keçirir;
2.3. Şirkətin fəaliyyəti ilə bağlı analitik iş aparır;
2.4. Şirkətin fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma işini həyata keçirir;
2.5. Şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumların işinin təşkilinə dair məsələləri həll edir;
3.1. Şöbənin vəzifələri aşağıdakılardır:
3.2. Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
3.3. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırmaq və təkmilləşdirmək;
3.4. Şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumların işini əlaqələndirmək;
3.5. Hüquqi aktların, qəbul edilmiş qərarların, habelə Nazirlik üzrə əmr və sərəncamların icrasına nəzarəti həyata keçirmək, onların icra vəziyyətini mütəmadi olaraq ümumiləşdirmək;
3.6. Şirkətin fəaliyyətini tənzimləyən hüquqi aktlarına dair təkliflər vermək;
3.7. Şirkətin struktur bölmələrində və tabeliyində olan qurumlarda icra intizamına, o cümlədən yuxarı dövlət orqanları və nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş sənədlərin vaxtında və düzgün icrasına nəzarət etmək;
3.8. Şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətinə dair hesabatların vaxtında təqdim edilməsinə, habelə onların tamlığına və keyfiyyətinə nəzarət etmək;
3.9. Səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, şirkətdə icra intizamının yoxlanılması ilə bağlı planlarını hazırlamaq;
3.10. Şirkətin struktur bölmələrində və tabeliyində olan qurumlarda bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti yoxlamalar, daxili audit və monitorinqlər həyata keçirmək;
3.11. Şirkətin fəaliyyət istiqamətləri və fəaliyyət istiqamətlərinin ayrı-ayrı məsələləri üzrə ümumiləşdirmələr, təhlillər aparmaq və təkliflər vermək;
3.12. Aparılan islahatlar nəticəsində şirkətin funksional strukturunun fəaliyyətinin müasir tələblərə cavab verən yeni iş prosesləri əsasında təşkil edilməsi üçün tədbirlər görmək;
3.13. Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə şirkətin rəhbərliyinə təkliflər vermək, onların tətbiqi ilə bağlı metodiki köməklik göstərmək;
3.14. Şirkətin struktur bölmələrində və tabeliyində olan qurumlar üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
3.15. Şirkətin iş planının layihəsini tərtib etmək;
3.16. Şirkətin iş planının icrasına nəzarət etmək;
3.17. Şirkətin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işində iştirak etmək;
3.18. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.19. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
3.20 Daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;
3.21. Şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
3.22. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4.1. Şirkətin struktur bölmələrində və tabeliyində olan qurumlarda daxili nəzarət tədbirlərinin, o cümlədən araşdırmaların, daxili audit, monitorinqlər, xidməti yoxlamaların aparılması ilə bağlı məsələ qaldırmaq və həyata keçirmək;
4.2. Müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarını və aidiyyəti şəxsləri şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış və izahatlar almaq;
4.3. Şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumlarının əməkdaşları tərəfindən yol vermiş hüquqpozmalarla bağlı xidməti araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və məlumatları struktur bölmələrindən və tabeliyində olan qurumlardan götürmək, nəzarət tədbirləri həyata keçirmək;
4.4. Daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla və zərurət yarandıqda daxili nəzarət qruplarının tərkibinə daxil edilmək üçün şirkətin struktur bölmələrindən və tabeliyində olan qurumlardan, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunması üçün şirkətin rəhbərliyi qarşısında məsələ qaldırmaq;
4.5. Şirkətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyət sahələri və istiqamətləri üzrə müstəqil şəkildə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək;
4.6. Zərurət yarandığı hallarda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr üzrə təkrar tədbirlər həyata keçirmək;
5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şirkətin səlahiyyətli şəxsi istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. Şöbənin strukturuna Xidməti yoxlamalar sektoru və İcra intizamına nəzarət sektoru daxildir.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə müdiri:
5.5.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;
5.5.3. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. Kollegiya iclaslarının keçirilməsini təşkil edir, habelə iclas protokollarının və müzakirə olunan məsələlərlə bağlı qərarların keyfiyyətli, dolğun hazırlanmasını təmin edir;
5.5.5. Şöbənin fəaliyyəti ilə bağlı məsələlərin şirkətin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;
5.5.7. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün şirkətin rəhbərliyinə təqdimatlar verir;
5.5.8. Şöbənin müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi üçün şirkətin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.5.9. Şöbəyə daxil olan icra xarakterli sənədlərə, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulan qaydada baxılmasını təşkil edir;
5.5.11. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə şirkətin rəhbərliyinə təkliflər verir;
5.5.12. Səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavininə tapşırır;
5.5.13. Şöbəni təmsil edir.
5.5.14. Öz səlahiyyətləri daxilində digər məsələləri həll edir;
6.1. Xidməti yoxlamalar sektorunun vəzifələri aşağıdakılardır:
6.1.4. Şirkətin struktur bölmələrində çalışan əməkdaşlar barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının pozulması ilə əlaqədar xidməti yoxlamalar aparmaq;
6.1.5. Şirkətin struktur bölmələrində kompleks və tematik daxili auditin aparılmasını və nəticələrinin ümumiləşdirilməsini, habelə nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar alaraq, yoxlamaların nəticələri barədə materialların şirkətin rəhbərliyinə təqdim edilməsini təşkil və təmin etmək;
6.1.6. Şirkətin struktur bölmələrində aparılan daxili audit və monitorinq tədbirləri zamanı sahibkarların və vətəndaşların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin tələblərinə uyğunluğunu yerində araşdırmaq;
şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərinin öyrənilməsini, bununla əlaqədar şöbədaxili müvafiq treninqlərin keçirilməsini təşkil etmək;
6.2.18. Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
6.2.19. Daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sistemini yaratmaq;
6.2.20. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.