“Marathon Group” “Yurtlarburada.com” platformasının Azərbaycan üzrə rəsmi nümayəndəsi seçildi

“Marathon Group” “Yurtlarburada.com” platformasının Azərbaycan üzrə rəsmi nümayəndəsi seçildi

“Marathon Group” olaraq 1 ildən çoxdur ki, “Yurtlarburada.com” platforması ilə apardığımız danışıqlar nəhayət müsbət nəticələndi və şirkətimiz platformanın Azərbaycan üzrə rəsmi nümayəndəlik statusunu əldə etdi.

Əməkdaşlığımızın məntiqli nəticəsi kimi, “Marathon Group” şirkətinin rəhbəri Fərid bəyin dəvəti ilə Bakıya təşrif buyuran Murat Durak (platformanın rəhbəri) valideynlərlə bir sıra görüşlər keçirmişdir.

Keçirilən görüşlərdə Murad Durak “2023-2024 tədris ilindən etibarən Türkiyədə əməkdaşlıq etdiyimiz “Yurtlarburada.com” platformu nəzdində Azərbaycanlı tələbələrin Türkiyədə yerləşməsi və bu prosesdə göstərilən xidmətlər haqqında danışıb. Daha sonra valideynlərlə tələbələrlərin yataqxana axtarışı zamanı ən çox qarşılaşdığı çətinliklər müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin “Gənclik və Spor Bakanlığı”nın nəzdində fəaliyyət göstərən platforma, Türkiyənin genişsaylı dövlət və özəl yataqxanaları birləşdirən şəbəkədir və platformada hazırda 653 yataqxana seçimi mövcuddur. Platformada yataqxanalar haqqında geniş məlmat, o cümlədən, yataqxanaların şəkilləri, tərkibi, universitetlər arasındakı məsafə, qiymətlərə qidalanmanın daxil olub-olmadığı, otaq növləri, təhlükəsizlik sistemi haqqındakı məlumatlar əks olunub.

Platforma Azərbaycanda “Marathon Group” nəzdində fəaliyyət göstərən “Marmara Group”, “İstanbul Group”, “Ulus Academy” və “Türkiyədə Təhsil Mərkəzi” şirkətləri ilə rəsmi əməkdaşlıq edir və azərbaycanlı tələbələrə aşağıdakı xidmətlər göstərilir.

1. Yataqxanaya qeydiyyat prosedurları

2. Qarşılanma

3. Telefon xətti

4. Sağlamlıq sığortası

5. Oturum izni üçün qeydiyyat proseduru

6. Etibarnamə – yekun qeydiyyat prosedurları

Əlavə etmək istərdik ki, “Marathon Group” şirkəti xaricdə təhsil istiqaməti üzrə ixtisaslaşmışdır və xaricdə, o cümlədən, Türkiyədə universitet qəbullarına 100% zəmanət veririk. Siz də tələbə olmaq arzusunu reallaşdırmaq, ən prestijli universitetlərdə təhsil almaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz!