MARATHON GROUP İdarə heyəti üzvləri Azərbaycan-Pakistan biznes konfransında iştirak edib

MARATHON GROUP İdarə heyəti üzvləri Azərbaycan-Pakistan biznes konfransında iştirak edib

MARATHON GROUP İdarə heyəti üzvləri Azərbaycan-Pakistan biznes konfransında iştirak edib

İyunun 4-də  “MARATHON Group” un  İdarə Heyəti İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes konfransında iştirak edib.

Tədbirdə rəsmi şəxslərlə bərabər, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, siğorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı qatılıb.

Konfransda “Marmara Group” xaricdə təhsil mərkəzinin direktoru Fərid Həsənzadə Pakistan ilə Azərbaycan arasında təhsil innovasiyası və təhsil sahəsində sıx birgə əməkdaşlıq üçün müxtəlif təkliflər irəli sürüb.  Təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, biznes-konfrans iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.