
Latviyanın birinci universiteti, ümumilikdə isə Baltikyanı ölkələrin ən köklü və ən reytinqli universitetlərindən biri olan Riqa Texniki Universitetin səlahiyyətli nümayəndələri təhsil yönümlü layihələr çərçivəsində paytaxtımızı ziyarət ediblər.
Bu ziyarətin əsas məqsədlərindən biri də Riqa Texniki Universiteti ilə “Marmara Group” şirkətində arasında rəsmi nümayəndəlik memorandumunun imzalanması idi. İmzalanmış memoranduma əsasən “Marmara Group” şirkəti Riqa Texniki Universitetinin Azərbaycan üzrə rəsmi və ekskluziv partnyor statusunu əldə etmişdir. Bu statusu və nümayəndəliyi əks etdirən rəsmi sertifikat Universitet əməkdaşları tərəfindən şirkətimizin rəhbəri Fərid bəyə təqdim edilmişdir.
Riqa Texniki Universitet nümayəndələrinin ölkəmizi ziyarətlərinin bir digər məqsədi də “Marmara Group” ilə birgə Bakıda təşkil olunan təhsil sərgisində iştirak idi ki, bu layihəmiz də uğurla həyata keçirildi.
Universitet nümayəndələri ilə keçirirlən yekun görüşdə Fərid bəy qarşı tərəfə etimadlarından dolayı təşəkkür etdi və iki qurum arasındakı əməkdaşlığın daha da təkmilləşdirilməsi üçün çalışacaqlarını bildirdi.
Sonda qeyd etmək istərdik ki, bu əməkdaşlıq xaricdə təhsil almaq istəyən həmvətənlərimiz üçün olduqca əhəmiyyətli təşəbbüsdür. Belə ki, onlar sadəcə attestatla və imtahansız Latviyanın ən reytlinqli universiteti olan Riqa Texniki Universitetində təhsil ala biləcəklər.







