Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir Azərbaycana ziyarət edib

Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir Azərbaycana ziyarət edib

Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir bir sıra təhsil məsələlərinin müzakirəsi üçün ziyarət etdiyi Azərbaycanda Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı ilə görüşüb. Rektor Beydemiri  onun əsas müavini Özgür Özcan və əcnəbi tələbələrlə iş üzrə universitet kordinatoru Murat Yatağan müşayiət edib. Bundan əlavə, şirkətimizin direktoru Fərid Həsənzadə xüsusi qonaq kimi görüşdə iştirak etmişdir.

Görüş zamanı Azərbaycan universitetləri ilə akademik əməkdaşlıqlar və həmçinin Şeyh Edebali Universitetində təhsil alan azərbaycanlı tələbələr haqqında məlumat mübadiləsi aparılıb ki, bu müzakirədə şirkətimizin direktoru Fərid Həsənzadə mövcud vəziyyəti dolğun şəkildə dəyərləndirmişdir. Fərid bəy öz çıxışında ölkəmizdə tələbələrimizin Türkiyə universitetlərinə olan marağından, illik müraciət və qəbul sayından, “Marmara Group” şirkəti olaraq görülən işlərdən və icra edilən layihələrdən danışmışdır.


Add comment