“Marmara Group” Xaricdə təhsil mərkəzinin təşəbbüsü ilə Lənkəran və Astara rayonu ümumtəhsil məktəblərində bilik yarışı keçirilib

“Marmara Group” Xaricdə təhsil mərkəzinin təşəbbüsü ilə Lənkəran və Astara rayonu ümumtəhsil məktəblərində bilik yarışı keçirilib

2018-ci il, dekabrın 1-də “Marmara Group” Xaricdə təhsil mərkəzinin təşəbbüsü və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Lənkəran və Astara rayonu ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə bilik yarışı keçirilib. Yarışında Lənkəran və Astara rayonlarının 17 məktəblisi yüksək nəticə göstərib.

2019-cu ilin 12 yanvarında isə yüksək nəticə göstərmiş məktəblilərin mükafatlandırılma mərasimi baş tutub. Mərasimdə “Marmara Group” Xaricdə təhsil mərkəzinin əməkdaşları və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov iştirak ediblər. “Marmara Group” Xaricdə təhsil mərkəzinin səlahiyyətli nümayəndəsi Anar Həsənov bilik yarışında fərqlənən şagirdlərə dəyərli hədiyyələr və sertifikatlar təqdim edib.