“HAKA GROUP” idarə heyətinin üzvü İbrahim Yıldırım TDM-Türkçə Dil Mərkəzi olaraq DPU TÖMER ilə birgə protokol imzalayıb

“HAKA GROUP” idarə heyətinin üzvü İbrahim Yıldırım TDM-Türkçə Dil Mərkəzi olaraq DPU TÖMER ilə birgə protokol imzalayıb

HAKA GROUP” idarə heyətinin üzvü İbrahim YıldırımKütahya Dumlupınar Universiteti Türkcə Öğretimi Tətbiq və Araşdırma Mərkəzi (DPU TÖMER) azərbaycanlı tələbələrin türkcə təhsilinə dəstək məqsədilə Bakıda nümayəndəliyin yaradılması üçün birgə əməkdaşlıq protokolu imzalayıb.

Əməkdaşlıq protokolunun imzalanma mərasimində çıxış edən rektor, professor Dr. Kazım Uysal bildirib ki, bu əməkdaşlıq protokolu azərbaycanlı tələbələrin Türkiyədə türkcə öyrənmələri və türk dilini mükəmməl şəkildə öyrənərək ölkəmizə gəlmələri üçün mühüm məqsədə xidmət edəcək.

Qeyd edək ki, DPU TÖMER-in rəsmi Bakı şöbəsi kimi fəaliyyət göstərəcək TDM-Türkçə Dil Mərkəzi təlimçilərin yetişdirilməsində, tədris prinsip və üsullarında, azərbaycanlı tələbələrin türk dilini daha qısa müddətdə öyrənməsində fəal rol oynayacaq.

DPÜ TÖMER Bakü’de temsilcilik açacak – Kütahya Haberleri (sabah.com.tr)