
Binəqədi Rayon Mərkəzi Mədəniyyət evində 4 May Latviyanın Müstəqillik Gününün Bərpasına həsr olunmuş xüsusi tədbir keçirilmişdir. Tədbirdə “Marathon Group” Şirkət nümayəndələrimizin Latviyan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa ilə görüşü baş tutmuşdur.
Tədbirdə Azərbaycan və Latviya arasında iqtisadi və mədəni əlaqələrin inkişafı üçün perspektivli imkanlar müzakirə edilib. Bu ölkələrin təhsil, ticarət və turizm sahəsində əməkdaşlığı artırmağa nail olmağı üçün əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Viya Buşa, həmçinin “Marathon Group” şirkətinin əməkdaşları ilə görüşmüş, qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşlər zamanı tərəflər arasında təmsil etdikləri strukturun fəaliyyəti, görülən işlər, keçirilən təlim və seminarlar, proqramlar, layihələr, startaplar, müvafiq fakültələr arasında bakalavr, magistr və doktorantura pillələri üzrə yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Hörmətli Viya Buşa xanıma şirkətimiz tərəfindən milli ornamentlərdən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.
