
İyunun 2-də “HAKA Group” un İdarə Heyəti ADA Universitetində təşkil olunan “İNCSOS” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib. Konqres Qarabağla bağlı mövzulara həsr edilib.
Konqresdə 40-dan çox Türkiyə dövlət universitetinin rəhbərləri və akademik heyəti, həmçinin Azərbaycanın professor heyəti də iştirak edib.
ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.
Konqresin bağlanış mərasimi Şuşa Realnı Məktəbinin önündə keçirilib.
Qeyd edək ki, konqres Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.