“Marmara Group” “Caspian Awards 2021” mükafatlandırma mərasimində təltif edilib

“Marmara Group” “Caspian Awards 2021” mükafatlandırma mərasimində təltif edilib

“Marmara Group”  “Caspian Awards 2021” mükafatlandırma mərasimində təltif edilib

2021-ci ilin may ayında baş tutan “Caspian Awards 2021” mükafatlandırma mərasimində “Marmara Group“İlin Peşəkar Xaricdə Təhsil Şirkəti” mükafatı ilə təltif edilib. Mükafat Azər Axşam tərəfindən “Marmara Group“u təmsil edən baş mütəxəssisə təqdim olunub.

Milli.Az-a verilən məlumata görə, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb.

Layihədə “Caspian Awards Azerbaijan 2021” mükafatına adına layiq görülənlər sırasında Xalq artististləri Mənsum İbrahimov, Elçin Həşimov , Fidan Haciyeva , Mələkxanım Əyyubova , Gülyanaq Məmmədova,  Əməkdar artist Elnur Əhmədov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Aşıq Əli Tapqdıqoğlu, teleaparıcı Könül Muxtarova, müğənnilər Tunar Zeynalov, Ramil Nabran, Türkan Vəlizadə , Rüfət Axundov, Aynur Dadaşova,  Leyla Ramazanli, TREND İA jurnalisti Vüqar İmanov və başqa tanınmış şəxslər yer alıb. Mükafatlandırma gecəsinin aparıcısı Azər Axşama olub. Mükafat karantin tələblərinə uyğun təqdim olunub.

Lahiyə ölkəmizdə artıq üçüncü  ildir ki, təşkil olunur. Lahiyənin rəhbəri  Ayaz Məməmmədov, İçraçı prodüser Xəyal  Əhmədov , Mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı, Dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqova.

Qeyd etmək istərdik ki, Marmara Group mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar çərçivəsində xidmət göstərir. Son olaraq Marmara Group 2018 ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzvü olmuşdur. Bu birliyin məqsədi Marmara Group və üzv olan digər təhsil mərkəzlərinin etibarlılığını qorumaqdır.

Marmara Group, həmçinin, “Diamonds of Turkey Awards 2023” Azərbaycan layihəsində iştirakına və öz sahəsində göstərdiyi peşəkar və uğurlu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilmişdir.