“Marmara Group” un təşkilatçılığı ilə Bakı Türk Anadolu Liseyində “Marmara” Təqaüd Proqramı ilə bağlı seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd tələbələrin “Marmara” Təqaüd imtahanı ilə bağlı ətraflı məlumat əldə etmələri olub.
Qeyd edək ki, İstanbul Şehir Universiteti, İstanbul Özyeğin Universiteti və Nişantaşı Universitetlərinin qoşulduğu bu təqaüd proqramı üzrə 2 iyul 2019-cu ildə keçiriləcək imtahanda ən yüksək nəticə əldə edən 3 tələbə Türkiyədə tamamilə ödənişsiz təhsil almaq imkanı əldə edəcək.


DİGƏR XƏBƏRLƏR
Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir Azərbaycana ziyarət edib
Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir bir sıra təhsil məsələlərinin müzakirəsi üçün ziyarət etdiyi Azərbaycanda Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı ilə görüşüb. Rektor Beydemiri onun əsas müavini Özgür Özcan və əcnəbi tələbələrlə iş üzrə universitet kordinatoru Murat Yatağan müşayiət edib. Bundan əlavə, şirkətimizin direktoru Fərid Həsənzadə xüsusi qonaq kimi görüşdə iştirak etmişdir. Görüş […]
Marathon Group şirkəti Malayziyada təşkil olunan və dünyanın 130 ölkəsinin iştirak etdiyi beynəlxalq təhsil sərgisində iştirak edib.
Malayziya beynəlxalq dəyərləndirmələrinə görə qlobal olaraq tələbələr tərəfindən üstünlük verilən 11-ci məkandır, hər il on minlərlə tələbə gələcəkləri və karyeraları üçün Malayziyanı seçir. Hazırda ölkədə 100 mindən çox xarici tələbə var və Malayziya hökumətinin hədəfi bu rəqəmi 250 min nəfərə çatdırmaqdır. Azərbaycandan olan tələbələrə xüsusi olaraq, ilkin 20%-lik, daha sonrakı mərhələlərdə isə 50%-dək təqaüd imkanları […]