
İyunun 2-si ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi həyata keçirilmişdir.
Konqresdə elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və yüksəksəlahiyyətli yerli və xarici çıxışçılar iştirak etdilər. Konqres çərçivəsində baş tutacaq panel müzakirələr çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət, və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparıldı.
Konqresdə təhsil xidmətləri sektorundan yeganə olaraq şirkətimiz təmsil olunmuşdu. Belə ki, “Marmara Group” şirkətinin rəhbəri Fərid Həsənzadə xüsusi dəvət əsasında konqresdə iştirak etmişdir.


