
Dubayda yerləşən Middlesex Universiteti, mərkəzi korpusu Londonda (İngiltərə) yerləşən məşhur Middlesex Universitetinin ilk xaricdəki kampusudur. 2005-ci ildə açılan kampusda 118-dən çox millətdən olan 3800-dən çox beynəlxalq tələbə təhsil alır. Dubay İnformasiya və İnsan İnkişafı Təşkilatının 5 Ulduz reytinqinə malik dünya səviyyəli Britaniya universiteti olan MDX Dubai, BƏƏ-nin keyfiyyətli Böyük Britaniya təhsili təklif edən aparıcı universitetlərindən biridir.
Middlesex Universitetinin Dubay Kampusunun nümayəndələri ilə ötən il Marathon Group şirkəti ilə rəsmi görüş baş tutmuşdur. Qarşılıqlı görüşlər əsasında fevral ayının 28-də Marathon Group şirkətinin rəhbəri Fərid Həsənzadə Dubay kampusuna dəvət olunmuş və tanışıq görüşü nəticəsində universitetlə rəsmi əməkdaşlıq qurulmuşdur.
Marahton Group Star+ Agency Statusuna layiq görülmüşdür
Fevral ayının 28-də Dubayda baş tutan rəsmi tərəfdaşlıq görüşündə Marathon Group Star+ Agency statusuna layiq görülmüşdür. Bu isə o deməkdir ki, Marathon Group şirkəti vasitəsilə Middlesex Universitetinə müraciət edən tələbələrə xüsusi güzəştlər nəzərdə tutulur.
Dubayda baş tutan görüşdə, həmçinin, Middlesex Universitetinin azərbaycanlı tələbələrə təklif etdiyi proqramlar, qəbul şərtləri və Dubayda iş imkanları barədə müzakirələr aparılmışdır.